Ceyhun Bayramov tailandlı həmkarı ilə görüşdü

    Kateqoriya: Siyasət Tarix: 20-04-2026, 14:26 Baxılıb: 4

     

    Xarici işlər naziri Ceyhun Bayramov Banqkoka işgüzar səfəri çərçivəsində Tailand Krallığının Baş nazir müavini və xarici işlər naziri Sihasak Phuangketkeou ilə görüş keçirib.

    Xeberal.com xəbər verir ki, bu barədə XİN-in "X" hesabında məlumat yayılıb.

    Qeyd olunub ki, görüş zamanı tərəflər ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və gələcək perspektivləri müzakirə ediblər.

    Siyasi dialoq, iqtisadi və ticarət əlaqələri, eləcə də mədəniyyət və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi üçün ciddi potensialın olduğu vurğulanıb.

    Həmçinin, Azərbaycanın 2025-ci ilin dekabrında Tailandda səfirliyinin açılması və iki ölkənin XİN-ləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi münasibətlərin institusional əsaslarının gücləndirilməsi baxımından mühüm mərhələ kimi qeyd olunub.

    BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası kimi çoxtərəfli platformalarda əməkdaşlığın artırılmasının vacibliyi də diqqətə çatdırılıb.

    Ceyhun Bayramov həmkarına Azərbaycanın post-münaqişə dövrü sülh gündəliyi, minatəmizləmə fəaliyyəti və azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verib.

    Tərəflər, həmçinin regional təhlükəsizlik məsələlərini və Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.