“Microsoft” çox sayda əməkdaşını işdən çıxaracaq

    Kateqoriya: Dünya Tarix: 14-05-2025, 12:10 Baxılıb: 20

     

    “Microsoft” şirkəti texnologiya bazarındakı yeni şəraitə uyğunlaşmaq üçün dünya üzrə təxminən 6 min iş yerini ixtisar edəcək.

    Xeberal.com Report-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi şirkət nümayəndəsinə istinadən məlumat yayıb.

    "Biz şirkəti cari bazar dinamikasında ən yaxşı mövqedə tutmaq üçün zəruri təşkilati dəyişikliklərə davam edirik", - agentlik onun sözlərini sitat gətirib.

    Qeyd olunur ki, 6 min ixtisardan 2 mini “Microsoft”un Vaşinqtonun Redmond şəhərindəki baş qərargahında olacaq. İxtisarlar ilk növbədə idarəetməyə təsir göstərəcək. Məlumata görə, ixtisarların 2025-ci ilin iyul ayının ortalarında başlaması gözlənilir.

    “Microsoft” 2023-cü ilin yanvarında 10 000 nəfəri işdən çıxarıb. Şirkət daxilində vaxtaşırı ixtisarlar və büdcənin istiqamətləndirilməsi texnologiya bazarındakı dəyişikliklərlə bağlıdır. Şirkətin baş direktoru Satya Nadellanın sözlərinə görə, süni intellekt əvvəllər işdən çıxarılan işçilər tərəfindən yerinə yetirilən tapşırıqların icrasına imkan verir.

    “Bloomberg”in məlumatına görə, hazırda şirkətdə təxminən 228 min nəfər çalışır. İxtisarlar işçilərin ümumi sayının 3 %-ni təşkil edəcək.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.