“Beşiktaş”, yoxsa “Qalatasaray”? - Okan söz verdi

    Kateqoriya: İdman Tarix: 6-03-2026, 11:07 Baxılıb: 5

     

    Sabah keçiriləcək “Beşiktaş” - “Qalatasaray” matçına maraq böyükdür. Dərbinin qalibinin kim olacağı hazırda qonşu ölkədə ən çox müzakirə olunan mövzulardandır.

    Xeberal.com xəbər verir ki, hər iki komanda oyuna ciddi hazırlaşır.

    “Qalatasaray” rəqib meydanda qalib gəlib çempionluq şansını daha da artırmaq istəyir. Son 17 matçın 11-ni qələbə, 6-sını bərabərliklə başa vuran “Beşiktaş” isə məğlubedilməzlik ənənəsini davam ettdirmək niyyətindədir. Klub rəhbərliyi qalib gələcəkləri təqdirdə futbolçulara böyük məbləğdə mükafat vəd edib.

    Türkiyə mediası “Qalatasaray”lı futbolçuların önəmli matça bir o qədər də ciddi yanaşmadığını yazıb. Yerli KİV-in iddiasına görə, sarı-qırmızılı futbolçular dərbidən çox gələn həftə “Liverpul”la keçiriləcək oyunu düşünürlər. KİV bununla bağlı baş məşqçi Okan Burukun yetirmələrinə xəbərdarlıq etdiyini yazıb.

    Bir həftə ərzində ard-arda iki kritik matça çıxacaq “Qalatasaray”ın baş məşqçisi narahatlıq üçün əsas olmadığını deyib. Təcrübəli mütəxəssis tərəfdarlara əvvəl “Beşiktaş”ı, sonra isə “Liverpul”u məğlub edəcəklərinə söz verib.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.