Polis "Sədərək"də əməliyyat keçirdi - Saxlanılanlar var

    Kateqoriya: Hadisə Tarix: 17-12-2024, 10:17 Baxılıb: 16

     

    "Sədərək" ticarət mərkəzində 20 minə yaxın müxtəlif təyinatlı pirotexniki vasitə polislər tərəfindən aşkarlanıb.

    Xeberal.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində partlayıcı, tezalışan maddələrin və pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində tədbirlər keçirilir.

    Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının "Sədərək" ticarət mərkəzində keçirdikləri tədbirlə yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin gizli şəkildə topdansatışı təşkil edən 67 yaşlı E.Hüseynov və 42 yaşlı N.Əsədov saxlanılıblar.

    Onların ticarət mərkəzində yerləşən obyektlərinə baxış keçirilərkən 20 minə yaxın müxtəlif təyinatlı pirotexniki vasitə aşkarlanıb.

    Hər iki fakt üzrə onlar barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.


     

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.