Abşeronda obyektlər yandı - VİDEO

    Kateqoriya: Hadisə Tarix: 2-05-2026, 12:32 Baxılıb: 5

     

    Abşeron rayonunda, Bakı-Sumqayıt yolunun 7-ci km-də yanğın hadisəsi baş verib.

    Xeberal.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirillib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir dam altında tikilmiş bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

    Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    Yanğın nəticəsində ümumi sahəsi 650kv.m. olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 100 kv.m. olan mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 90 kv.m. olan digər mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 120 kv.m. olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 20 kv.m. sahədə və bitişik sahəsi 120 kv.m. olan mebel sexinin içərisində olan avadanlıqlar 5 kv.m. sahədə yanıb, yüksək temperaturdan digər sexdə təmirə dayanmış “İsuzu” markalı yük avtomobilinin yük hissəsində kondisioner deformasiya edib.

    Digər bitişik anbarlar və avtomobil yanğından mühafizə olunub.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.