Bakıda ağır qəza oldu - Ölənlər var

    Kateqoriya: Hadisə Tarix: 13-04-2026, 13:01 Baxılıb: 5

     

    Bakıda minik avtomobili su maşınına çırpılıb, nəticədə 2 nəfər dünyasını dəyişib.

    Xeberal.com "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, ağır qəza gecə saatlarında Zığ şossesində baş verib.

    Hadisə şahidlərinin iddialarına görə, qəzaya səbəb minik avtomobilinin yüksək sürətlə hərəkət etməsi olub. Qəzadan sonra minik avtomobili alışaraq yanmağa başlayıb.

    TƏBİB-dən “Xəzər Xəbər”ə bildirilib ki, bu gecə 02:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsindən çağırış qeydə alınıb. Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Briqada 1 nəfər kişinin həkiməqədər ölümünü qeydə alıb, 1 nəfər qadına yerində tibbi yardım göstərilib. 2 nəfər kişi isə müxtəlif bədən xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. 61 yaşlı kişiyə qapalı kəllə-beyin travması, baş-beyinin əzilməsi və silkələnməsi, döş qəfəsinin, qarının, çanağın küt travması, sağ ayağın birinci barmağının amputasiyası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti ağırdır. 40 yaşlı kişiyə isə qapalı kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əziyi, döş qəfəsinin və çanağın küt travması diaqnozları təyin olunub. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq saat 03:30 radələrində bioloji ölüm qeydə alınıb.

    Faktla bağlı araşdırma aparılır.

    Daha ətraflı videomaterialda:

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.