İşlədiyi institutu məhkəməyə verdi

    Kateqoriya: Gündəm Tarix: 15-12-2024, 12:06 Baxılıb: 11

     

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun baş hüquqşünası Fəxrəddin Gözəlov işdən çıxarılıb.

    Xeberal.com qaynarinfo-ya istinadən xəbər verir ki, rəhbərliyin qərari ilə razılaşmayan Fəxrəddin Gözəlov AMEA ilə Arxeologiya və Antropologiya İnstitutunu məhkəməyə verib.

    Onun iddia tələbi işə bərpa olunması ilə bağlıdır.

    Birinci instansiya məhkəməsi hüquqşünasın iddiasını təmin etməyib. Fəxrəddin Gözəlov qərardan apellyasiya şikayəti verib.

    Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

    İş hakim Xəyal Sarıyevin icraatındadır.

    Fəxrəddin Gözəlov 2011-ci ildə də işdən çıxarılıb. Həmin vaxt yayılan məlumatlarda onunla İnstitutun o zamanki direktoru Maisə Rəhimova arasında mübahisə yarandığı iddia edilirdi. 10 ildən çox davam edən məhkəmə çəkişməsindən sonra Fəxrəddin Gözəlov nəhayət işinə bərpa olunub. Onun bu dəfə hansı səbəbdən işdən çıxarıldığı bəlli deyil.

    Fəxrəddin Gözəlov ötən il Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları - tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayevanın cinayət işi ilə gündəmə gəlib. Adıçəkilən şəxslər mənimsədə ittiham edilirdi. Səbuhi Hüseynovla Gülüstan İsayeva mediaya açıqlamalarında Fəxrəddin Gözəlovu ittiham edərək hüquqşünasın onlara şər atdığını bəyan ediblər.

    Fəxrəddin Gözəlov isə onların ittihamlarının əsassız olduğunu bildirib.

    Bu qalmaqal baş verəndə AMEA-nın prezidenti Ramiz Mehdiyev idi.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.