Tanınmış şəxslərin adları əfv üçün təqdim edildi - SİYAHI

    Kateqoriya: Gündəm Tarix: 12-02-2025, 15:21 Baxılıb: 1

     

    Prezident yanında Əfv Məsələləri Komissiyası bu gün yeniləşmiş tərkibdə ilk iclasa toplaşacaq. İclasda Komissiyaya daxil olan müraciətlərə baxılması planlaşdırılır.

    Hüquq müdafiəçiləri bəzi tanınmış məhkumların adlarının Əfv Komissyasının siyahısına salınmasını istəyirlər.

    Xeberal.com xəbər verir ki, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Modern.az-a bildirib ki, onlar da Əfv Komissyasına siyahı təqdim ediblər.

    Onun sözlərinə görə, siyahıya tanınmış jurnalistlər Əvəz Zeynallı və Əziz Orucovun da adını daxil ediblər:

    "Bizim özümüzün kriteriyalarımız var. Siyasətçilərin, jurnalistlərin, ictimai fəalların, partiya nümayəndlərinin hamısının adı bizdə var. Ömürlük məhkum edilən "OMON”çuların, "Nardaran hadisəsi" ilə bağlı olanların hamısının adlarını siyahımıza salmışıq. Biz istərdik ki, bu il əfv sərəncamı ilə yanaşı, aministiya aktı da qəbul edilsin ki, daha çox insan azadlığa çıxsın. Elə məhkumlar var ki, 10 illik cəzasının 8 ilini başa vurublar. İstərdik ki, cəza müddətinin bitməyinə az qalanları ailələrinə qovuşdursunlar. İstərdik ki, Əfv Komissiyası öz işini ləyaqətlə həyata keçirsin, həm də aministiya olsun. Aministiyaya o maddələr düşsün ki, cəzanın yarısını, üçdə ikisini çəkənlər evlərinə buraxılsın. Jurnalistlər var ki, neçə ildir içəridə oturublar. Məsələn, bizim siyahımızada tanınmış jurnalistlərdən Əvəz Zeynallı və Əziz Orucovun adları var".

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.