“Qarabağ dirçəlir, Ulu Öndərin arzuları gerçəyə çevrilir” – Yaşar Salahov

    Kateqoriya: Gündəm Tarix: 10-05-2026, 13:51 Baxılıb: 6

     

    Bu gün Azərbaycan xalqı müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü böyük ehtiram və sonsuz minnətdarlıq hissi ilə qeyd edir. Ulu öndərin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, xalqın milli birliyinin qorunması və ölkənin gələcək inkişaf strategiyasının müəyyən olunması istiqamətində gördüyü tarixi xidmətlər bu gün də hər bir azərbaycanlı tərəfindən qürurla xatırlanır.

    Azərbaycanın ən ağır və mürəkkəb dövrlərində xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizi parçalanmaq və xaos təhlükəsindən xilas edərək güclü dövlətin təməlini formalaşdırdı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan beynəlxalq arenada nüfuz qazandı, ordu quruculuğu gücləndirildi və milli dövlətçilik ənənələri daha da möhkəmləndirildi.

    Yaşar Salahov Hüseyn oğlu 10 May münasibətilə bildirib ki, bu gün əldə olunan bütün uğurların əsasında məhz ulu öndərin müəyyən etdiyi siyasi kurs dayanır. O qeyd edib ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və güclü liderliyi nəticəsində illərlə işğal altında qalan torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu və Qarabağda yeni həyat başlayıb.

    “Bu gün Qarabağ torpağı dirçəlir. Şəhərlər, kəndlər yenidən qurulur, yollar çəkilir, məktəblər, yaşayış binaları inşa edilir. Uzun illər həsrətində olduğumuz doğma torpaqlarda artıq Azərbaycan bayrağı qürurla dalğalanır. Bu böyük zəfərin kökündə ulu öndər Heydər Əliyevin ideyaları və xalqımıza aşıladığı qalibiyyət ruhu dayanır”, – deyə Yaşar Salahov vurğulayıb.

    O həmçinin xatırladıb ki, ulu öndər illər əvvəl etdiyi çıxışların birində “Biz o torpaqlara geri qayıdacağıq” ifadəsini böyük əminliklə səsləndirmişdi. Bu gün həmin tarixi sözlər reallığa çevrilib və Azərbaycan xalqı öz doğma yurdlarına qayıtmağın sevincini yaşayır.

    Yaşar Salahov bildirib ki, Heydər Əliyevin siyasi irsi daim yaşayacaq və gələcək nəsillər üçün örnək olacaq. Çünki müstəqil, güclü və qalib Azərbaycan məhz ulu öndərin xalqına bəxş etdiyi ən böyük tarixi mirasdır.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.