Kremldən Ağ evdəki gərginliyə reaksiya

    Kateqoriya: Dünya Tarix: 4-03-2025, 11:36 Baxılıb: 5

     

    Kremlin sözçüsü Dmitri Peskov ABŞ Prezidenti Donald Trampla ukraynalı həmkarı Vladimir Zelenski arasında Ağ evdə baş verən gərginlikdən danışıb.

    Xeberal.com xəbər verir ki, o bildirib ki, Ağ Evdə baş verənlər Ukrayna məsələsində həllə nail olmağın nə qədər çətin olacağını ortaya qoyub. Zelenskinin Rusiyaya qarşı ərazi məsələsində güzəştə getmək istəmədiyi ilə bağlı açıqlamasına diqqət çəkən Peskovun sözlərinə görə, Zelenski sülh istəmir.

    Peskov, “Bu, qeyri-adi hadisədir. Bu, Zelenskinin bir çox cəhətdən diplomatik bacarıqlardan tamamilə məhrum olduğunu göstərdi. Kiyev administrasiyası və Zelenski sülh istəmir, müharibənin davam etməsini istəyirlər. Belə olan halda, Vaşinqtonun səyləri və Moskvanın təkbaşına hazırlığı Kiev administrasiyası vasitəsilə vəziyyəti həll etmək üçün kifayət etməyəcək” - deyə bildirib.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.