Almaniyada kişilərə xaricə çıxış üçün ordu icazəsi tələbi gəldi

    Kateqoriya: Dünya Tarix: 5-04-2026, 13:16 Baxılıb: 4

     

    Almaniyada 17–45 yaş arasındakı kişilərin 3 aydan artıq xaricdə qalması üçün Almaniya Silahlı Qüvvələri (Bundesver)ndan icazə almaları ilə bağlı yeni qayda qüvvəyə minib.

    Xeberal.com xəbər verir ki, yanvarın 1-dən tətbiq olunan bu dəyişiklik ölkədə geniş müzakirələrə səbəb olub.

    "Frankfurter Rundschau" nəşrinin yazdığına görə, sözügedən tələb Askerlik Xidməti Modernizasiya Qanunu çərçivəsində qəbul edilib. Qanunun 3-cü maddəsində qeyd olunur ki, 17 yaşını tamamlamış kişilər 3 aydan artıq müddətə ölkədən çıxmaq istədikdə Bundesverin müvafiq karyera mərkəzindən icazə almalıdır.

    Bu qayda xaricdə təhsil almaq istəyənləri, başqa ölkədə işləməyə gedənləri, uzunmüddətli səyahət planlaşdıranları əhatə edir.

    Qanunda həmçinin bildirilir ki, əgər şəxs hərbi xidmətə çağırılmayıbsa, prinsip etibarilə bu icazə verilməlidir. Yəni müraciətin rədd olunması nəzərdə tutulmur, lakin icazə almaq məcburidir.

    NTV kanalının Almaniya Müdafiə Nazirliyi sözçüsünə istinadən yaydığı məlumata görə, ölkədə hərbi xidmət hələ də könüllülük prinsipi əsasında qalır və bu səbəbdən icazələrin verilməsi əsas qayda kimi qəbul olunur.

    Nazirlik bildirib ki, fövqəladə hallarda ölkədən kənarda olan şəxslər barədə məlumatlı olmaq vacibdir. Bununla yanaşı, artıq bürokratiyanı azaltmaq məqsədilə bu icazə tələbinə müəyyən istisnaların tətbiqi üzərində iş aparılır.

    Qeyd olunub ki, icazə alınmadan ölkədən uzun müddətə çıxan şəxslərin hansı məsuliyyətlə üzləşəcəyi hələlik açıqlanmayıb.

Xəbər Al

Tel: 051 486 71 58

Müraciətləriniz,təklif və iradlarınızı Xeberal.com un qaynar xəttinə yazıb bildirə bilərsiz: Əli Həsənov

Hava haqqında

Valyuta


«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Xəbər Al, Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.