Gündəm - Xəbər Al

Mehriban Əliyeva paylaşım etdi - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı paylaşım edib.

Xeberal.com paylaşımı təqdim edir:

Vəkillər Kollegiyasının rəhbərliyi Sloveniyada beynəlxalq tədbirlərdə iştirak edib
2026-cı il mayın 27-29-da Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti Sloveniya Respublikasının paytaxtı Lyublyana şəhərində səfərdə olub.

Xeberal.com xəbər verir ki, səfərdə VK sədri Anar Bağırovla yanaşı, Kollegiyanın Rəyasət Heyətinin üzvü Elçin Usub da iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasının (CCBE) plenar iclasına, eləcə də təşkilatın “Mübadilə, əməkdaşlıq və dəstək platforması” (PECO) Komitəsinin tədbirinə qatılıb.

İclas və tədbirdə müxtəlif ölkələrin Vəkillər kollegiyalarının və hüquq cəmiyyətlərinin rəhbərləri, beynəlxalq təşkilatların nümayəndələri, dövlət rəsmiləri və vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri iştirak ediblər.

Plenar iclasın açılış mərasimində Sloveniya Vəkillər Kollegiyasının prezidenti Janez Starman, Sloveniya Respublikasının Prezidenti Nataşa Pirc Musar, Sloveniya Ali Məhkəməsinin sədri Damjan Oroz və Sloveniya Məhkəmə Şurasının sədri Urşka Kezmah çıxış edərək iştirakçıları salamlayıblar. Çıxışlarda hüququn aliliyinin qorunması, beynəlxalq hüquqi əməkdaşlığın inkişafı və hüquq peşəsi nümayəndələri arasında institusional əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

İclas çərçivəsində CCBE rəhbərliyi tərəfindən təşkilatın cari fəaliyyəti, qarşıda duran prioritetlər və strateji inkişaf istiqamətləri barədə məlumat verilib. Eyni zamanda maliyyə məsələləri və təşkilatın qarşıdakı dövr üçün tədbirlər təqvimi təsdiqlənib. Həmçinin CCBE-nin fəaliyyəti üzrə yeniliklər nəzərdən keçirilib və strateji əhəmiyyət daşıyan sənəd layihələri müzakirə olunub. Bununla yanaşı, Vəkillər kollegiyaları, hüquq cəmiyyətləri, hüquq firmaları və vəkillər üçün istixana qazı emissiyaları və iqlim dəyişikliyi ilə bağlı CCBE Bələdçisinin layihəsinə baxılıb.

PECO iclasında çıxış edən VK sədri Anar Bağırov son illər ölkədə vəkillik institutunun dinamik inkişaf etdiyini, həyata keçirilən islahatlar nəticəsində vəkillərin sayının əhəmiyyətli dərəcədə artdığını bildirib. Sədr qeyd edib ki, vəkillik peşəsi ölkədə nüfuzlu və perspektivli hüquq fəaliyyət istiqamətlərindən birinə çevrilib.

Sədr VK-nın ali təhsil müəssisələri ilə əməkdaşlığının genişləndirildiyini, eləcə də “PAŞA Holding” ilə birgə həyata keçirilə “LEGIS Hüquq Forumu” layihəsinin hüquqi maarifləndirmə, peşəkar dialoq və hüquq ictimaiyyətinin inkişafına mühüm töhfə verdiyini diqqətə çatdırıb. Bununla yanaşı, yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq çərçivəsində vəkillərin peşəkar hazırlığının artırılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Anar Bağırov çıxışının davamında Azərbaycanın beynəlxalq hüquq platformalarında fəal təmsil olunduğunu qeyd edərək, cari ilin oktyabr ayında ölkəmizin Avropa Gənc Vəkillər Assosiasiyasının (EYBA) payız konfransına ev sahibliyi edəcəyini və bununla bağlı hazırlıq işlərinin davam etdirildiyini söyləyib.

İclas çərçivəsində müxtəlif ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri öz ölkələrində hüquq sistemi və vəkillik institutu sahəsində görülən işlər, həyata keçirilən islahatlar və aktual yeniliklər barədə məlumat verərək hesabatlarla çıxış ediblər.

Təqdimatlardan sonra iştirakçılar arasında qarşılıqlı müzakirələr aparılıb, fikir mübadiləsi həyata keçirilib və suallar cavablandırılıb.

Eyni zamanda tədbir çərçivəsində gələcək əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi məqsədilə Kollegiya sədri Anar Bağırov tərəfindən beynəlxalq təşkilatların və bir sıra ölkələrin Vəkillər kollegiyalarının rəhbərləri arasında müvafiq görüşlər keçirilib, təcrübə mübadiləsi, gələcək əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılıb.

Tədbirin sonunda iştirakçılar üçün Lyublyana qəsrində rəsmi ziyafət təşkil olunub.

Bundan başqa, səfər çərçivəsində nümayəndə heyəti bu ölkənin Çepovan kəndindəki qardaşlıq qəbiristanlığında dəfn olunmuş Sovet İttifaqı və Sloveniya qəhrəmanı Mehdi Hüseynzadənin məzarını ziyarət ediblər. Sonra nümayəndə heyəti əfsanəvi qəhrəmanın şərəfinə ucaldılmış abidə və onun xatirəsinin əbədiləşdirilməsi məqsədilə Şempas qəsəbəsində yaradılmış muzeydə olublar.

İlham Əliyev açılış mərasimində iştirak edir
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi "Caspian Oil and Gas", 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi "Caspian Power" və 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir.

Xeberal.com xəbər verir ki, dövlət başçısı tədbirdə çıxış edir.

Ermənistana gübrə və buğda göndəriləcək
Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə gübrə və buğda göndəriləcək.

Xeberal.com xəbər verir ki, bu ölkəyə 2 vaqon gübrə və 2 vaqon buğda tədarük olunacaq.

Qatar saat 14:00-da "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola düşəcək, Böyük Kəsik stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.

Xeberal.com xəbər verir ki, dünyada bu günün qeyd olunması 1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası tərəfindən qərara alınıb. Həmin gün təşkil olunan “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib.

Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir. BMT-də uşaq hüquqlarına dair konvensiya qəbul edilib, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu konvensiyaya qoşulub. Bütün demokratik dövlətlərdə olduğu kimi, Azərbaycanda da uşaq hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verilir.

Ölkəmizdə uşaqların sağlam, hərtərəfli, Vətənə layiqli övladlar kimi böyümələri üçün hər cür şərait yaradılıb. Uşaqlar bizim gələcəyimizdir və ölkənin gələcəyi onların əlindədir.

Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib.

Bu gün Ulu Öndər Heydər Əliyevin ideyalarını əməli fəaliyyəti ilə yaşadan Heydər Əliyev Fondu tərəfindən də genişmiqyaslı tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan, valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı ilə yanaşır.

Ümummilli Liderin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını da layiqincə yaşadır.

2 saylı Regional Ekologiya İdarəsi niyə tənqid olunur? – Elşən Şirinov və Həbib Əhmədovun rəhbərlik etdiyi qurum ətrafında suallar artır
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Tovuz, Qazax, Ağstafa, Şəmkir və Gədəbəy rayonlarını əhatə edən 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi son dövrlər müxtəlif iddialar və narazılıqlarla gündəmə gəlməkdədir.

Sosial şəbəkələrdə yayılan paylaşımlar, eləcə də bəzi yerli xəbər saytlarında dərc olunan materiallarda idarənin fəaliyyəti ətrafında ciddi suallar səsləndirilir. İddiaların mərkəzində isə idarədə rəhbər vəzifələrdə adı hallanan Elşən Şirinov və Həbib Əhmədov dayanır.

Yaşıllıqların məhv edilməsi ilə bağlı narazılıqlar

Müxtəlif bölgələrdən yayılan məlumatlarda ağacların kəsilməsi, sərt budanması və yaşıllıqların zəiflədilməsi ilə bağlı narazılıqlar diqqət çəkir. Yerli sakinlər tərəfindən sosial mediada paylaşılan görüntülərdə bəzi ərazilərdə aparılan müdaxilələrin ekoloji baxımdan ciddi suallar yaratdığı iddia olunur.

Bəzi xəbər portalları isə məsələni daha sərt formada təqdim edərək, bölgədə yaşıllıqların qorunmasına lazımi həssaslığın göstərilmədiyini yazır.

Ekoloji nəzarət zəifləyib?

İddialarda o da qeyd olunur ki, bəzi hallarda qanunsuz ağac kəsimi, torpaq və təbiət ərazilərinə müdaxilə halları vaxtında aşkarlanmayıb və ya lazımi səviyyədə tədbir görülməyib.

Bu da bölgələrdə ekoloji nəzarətin hansı səviyyədə təşkil olunması ilə bağlı suallar yaradır.

Sosial mediada narazılıq böyüyür

Son aylarda xüsusilə Şəmkir və ətraf rayonlarla bağlı paylaşımlarda idarənin fəaliyyəti tez-tez müzakirə olunur. İctimaiyyət arasında:

“problemlərə gec reaksiya verilməsi”

“nəzarətin formal xarakter daşıması”

“təbiətə həssas yanaşmanın zəifləməsi”

kimi fikirlər səsləndirilir.

Rəsmi açıqlama gözlənilir

Qeyd olunan məlumatların böyük hissəsi sosial şəbəkə paylaşımları və media iddialarına əsaslanır. Hazırda məsələ ilə bağlı rəsmi qurumların geniş açıqlaması və ya hüquqi qiymətləndirməsi açıqlanmayıb.

Lakin bütün bu iddialar fonunda ictimaiyyətin əsas gözləntisi bölgələrdə ekoloji nəzarətin daha da gücləndirilməsi və yaşıllıqların qorunması istiqamətində ciddi addımların atılmasıdır.

Xeberal.com

"2028-ci ildə Bakıda tramvay yolları istifadəyə verilə bilər" - AYNA rəsmisi
"Nəqliyyat infrastrukturu sahəsində mühüm işlər görülüb. Ümumi uzunluğu 400 kilometr olan yol infrastrukturu qurulub. İctimai nəqliyyatın səmərəliliyini artırmaq üçün avtobus parkı 30 faiz genişləndirilib və bir il ərzində 2300 avtobus istifadəyə verilib.Bu genişlənmə nəticəsində hazırda ictimai nəqliyyat sistemi təxminən 500 milyon sərnişinə xidmət göstərir".

Xeberal.com xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən Bakı şəhərinin Baş Planına həsr olunmuş tədbirdə AYNA-nın Bakı Regional İdarəsinin müdiri Tərlan Səfərov deyib.

"Metro və şəhərətrafı dəmir yolu şəbəkəsi də intensiv şəkildə inkişaf etdirilir. Sərnişin dəmir yolu xətləri yaşayış ərazilərinə inteqrasiya olunur, mövcud xətlər modernləşdirilir və yeni marşrutlar planlaşdırılır.

Bununla yanaşı, metro şəbəkəsinin optimallaşdırılması istiqamətində işlər aparılır. Yaşıl və qırmızı xətlərin şəhərin mərkəzində, əsas dəmir yolu vağzalı ilə əlaqələndirilməsi planlaşdırılır. Bu yenilənmə şəhərin ən böyük və strateji əhəmiyyətli nəqliyyat sistemləri arasında əlaqəni gücləndirəcək".

AYNA rəsmisi bildirib ki, tramvay yolları üçün mümkün şərait nəzərdən keçirilir, 2028-ci ilə qədər bunu istifadəsinə çalışırlar:

"Biz artıq 40 milyondan çox aktiv istifadəçiyə çatmışıq. Sistem üzərində 35 mindən çox xidmət və 400 mindən artıq istifadəçi fəaliyyət göstərir. Bu artım bizi daha da ruhlandırır və gələcəyə ümid verir".

Mənzil hüququ digər hüquqların təməlidir - Tamara Paseyro
“İnteqrasiyadan danışarkən torpaq siyasəti, ərazilərin yerləşməsi və düzgün şəhər planlaşdırılması lazımi şəkildə qurulmasa, mənzil problemi yalnız statistik göstəricilərdə həll olunmuş kimi görünür. Reallıqda isə bu yanaşma sosial ayrılıq, təcridolma və insanlar arasında əlaqələrin zəifləməsinə səbəb olur”.

Xeberal.com un məlumatına görə, bu fikirləri Uruqvayın mənzil tikintisi və ərazi planlaşdırılması naziri Tamara Paseyro Marin WUF13 çərçivəsində keçirilən "Mənzil Maliyyələşdirilməsi üçün Yeni Razılaşma" adlı tədbirdə çıxışı zamanı deyib.

Tamara Paseyro Marin qeyd edib ki, mənzil siyasəti digər siyasətlərlə birlikdə sosial birliyi gücləndirərək bərabər imkanlar yaradır. Mənzil hüququ isə digər hüquqları mümkün edən əsas hüquqlardan biridir:

“Uruqvay təcrübəsində məhəllələrin inkişafı proqramları zamanı yerli sakinlərin iştirakı ilə xüsusi komissiyalar formalaşdırılır. Bu qruplarda texniki mütəxəssislər, layihəni həyata keçirən tikinti şirkətlərinin nümayəndələri və icma üzvləri birgə təmsil olunur”.

“WUF13 gələcəyin şəhərləri üçün katalizator rolunu oynayır” - Niderlandlı səfir
"Urbanizasiya, şəhərlər və su bir-biri ilə sıx bağlıdır. Dünyada şəhərlər quraqlıq, çirklənmə və daşqın kimi problemlərlə üzləşir. Bizə sağlamlıq, sanitariya, mənzil və ətraf mühit üçün su lazımdır. Şəhərlər və su ilə bağlı gündəliyin BMT Konfransına çıxarılması çox mühüm məsələlərdən biridir. Buna görə də bütün müzakirələri səbirsizliklə gözləyirəm".

Bu fikirləri Xeberal.com-a açıqlamasında Qlobal Su İqtisadiyyatı Komissiyasının icraçı direktoru Henk Ovink deyib. O bildirib ki, şəhərlərlə bağlı su məsələsi gündəliyin əsas mövzulardan biri olmalıdır:

"Mən bu səhər Bakıya Madriddə keçirilən su sammitindən gəlmişəm. Bakıda şəhər problemlərində su məsələlərini təmsil edirəm. Burada BMT-Habitatın icraçı direktoru da daxil olmaqla yüksək səviyyəli panel müzakirəsinə qatılacağam. Əslən Niderlanddanam və oradau su üzrə səfir olmuşam. Biz Tacikistanla birlikdə 2023-cü ildə keçirilən BMT Su Konfransına rəhbərlik etmişik. Bu forum əsasən mənzil məsələlərinə fokuslanır və dünya hazırda ciddi mənzil böhranı yaşayır. Bu baxımdan forum çox böyük əhəmiyyət daşıyır".

Nümayəndə qeyd edib ki, 2026-cı ildə Bakıda keçirilən bu forum daha uzunmüddətli bir yanaşmanın başlanğıcıdır:

"WUF13-ün şəhərlərin qlobal inkişaf gündəliyində necə rol oynadığı daha aydın görünür. Bu forum həm də gələn il keçiriləcək SDG sammitindən əvvəl baş tutur və post-2030 gündəliyinə hazırlıq baxımından mühüm mərhələdir. Urbanizasiya gündəliyini daha geniş inkişaf kontekstinə necə yerləşdirəcəyimizi müəyyən etmək çox vacibdir.

Hazırda çoxtərəfli əməkdaşlıq çətinliklərlə üzləşir, geosiyasi vəziyyət mürəkkəbdir. Amma belə bir dövrdə insanların və planetimizin gələcəyi naminə ortaq gündəm ətrafında birləşməyimiz çox önəmlidir.

Resursların getdikcə azaldığı bir dövrdə insanların necə yaşaya biləcəyinə dair yollar axtarılır və məncə bu forum məhz doğru zamanda keçirilir. Bu həm mühüm bir an, həm də bizi gələcəyə hazırlaya biləcək gündəmin katalizatorudur", - deyə Henk Ovlink deyib.

WUF13-ün beşinci gününə start verilir
Ümumdünya Şəhərsalma Forumunun (WUF13) Bakıda keçirilən 13-cü sessiyasının beşinci gününə start verilir.

Xeberal.com xəbər verir ki, forum bu gün də işinə müzakirələrlə davam edəcək.

Gün ərzində "Azərbaycanın ilk milli dayanıqlılıq standartının hazırlanması: Dayanıqlı təcrübələr standartı", "Böhranların bərpası və yenidənqurma prosesində mənzilin mərkəzi rolu", "Mənzil maliyyələşdirilməsi üzrə yeni razılaşma", "Şəhərlər üçün iqlimə dayanıqlı təbiətəsaslı həllər (NbS) layihələri üzrə potensialın gücləndirilməsi" və başqa mövzularda müzakirələr aparılacaq.

Xatırladaq ki, işinə mayın 17-də başlayan forumun mayın 18-də rəsmi açılış mərasimi olub və Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə çıxış edib.

Əlavə edək ki, WUF13 BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin birgə təşkilatçılığı ilə keçirilir.

"Hər kəs üçün yaşayış yerləri: Təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" mövzusuna həsr olunan forum mayın 22-dək davam edəcək.